…Hemoroid (…el arasında buna gemaroy deyilir-A.B.) heç bir şəkildə xərçəngə səbəb ola bilməz.
SİA-nın məlumatına görə, rusiyalı proktoloq və cərrah Konstantin Korşunov buna əmindir.
O, vurğulayır ki, hemoroid və onkologiya kökündən fərqli mənşəyə malikdir. Ayaqyoluna gedərkən qanaxma müxtəlif patologiyalara işarə edə bilər və onların səbəbi həmişə düz bağırsağın varikoz damarları deyil.
Həkim həmçinin məlhəm və süpozituarların hemoroidi sağalda biləcəyinə dair geniş yayılmış inamı da təkzib edir. Bu dərmanlar yalnız erkən mərhələlərdə simptomları müvəqqəti olaraq aradan qaldırır, lakin xəstəliyin gedişatını dayandırmır.
Başqa bir anlaşılmazlıq, əməliyyatın hemoroiddən əbədi olaraq xilas olmağın qarantıdır.
Cərrahın sözlərinə görə, 10 faiz hallarda cərrahi müdaxiləyə baxmayaraq xəstəlik geri qayıda bilir.
Həkim xalq üsulları haqqında mifi də dağıdıb.
Onun sözlərinə görə, zəlilər, şübhəsiz ki, hemoroid müalicəsində kömək etməyəcək və hətta zərər verə bilər. …Məsələn, zəlilər insandan insana yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. Zəlinin tüpürcəyinin tərkibində olan bakteriyalar yerli infeksiyalara səbəb ola bilər. Zəlinin tüpürcəyindəki qanın laxtalanmasının qarşısını alan və qan axını yaxşılaşdıran ferment qanaxmaya səbəb ola bilər. Və bu, çox vaxt xəstəxanaya yerləşdirilməsini tələb edir.
Mütəxəssisin fikrincə, hemoroidlərin müalicəsinə düzgün yanaşmaq və yalnız vəziyyəti çətinləşdirən miflərə inanmamaq vacibdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə