Amerikalı diyetoloq və kardioloq Steven Gundri-nin fikrincə, avokado sağlam yağların və lifin - həzmi yaxşılaşdıran pəhriz lifinin tam mənbəyi hesab edilə bilər.
Həmçinin, bu məhsulun istehlakı qidalanma keyfiyyətini yaxşılaşdıra və çəki azalda bilər.
SİA-nın məlumatına görə, ekspertin sözlərini Daily Mail sitat gətirir.
Gundri izah edib ki, avokado sağlam həzmi dəstəkləyən və qida maddələrinin daha yaxşı mənimsənilməsini təşviq edən mono doymamış yağlar və prebiyotik liflə zəngindir. Avokadonun müntəzəm istifadəsi sizi daha uzun müddət tox hiss etməklə arıqlamağa kömək edə bilər ki, bu da öz növbəsində həddindən artıq yemək istəyini azaldır.
Həkim Pensilvaniya Dövlət Universitetinin Qidalanma Elmləri Departamentinin mütəxəssisləri tərəfindən aparılan araşdırmaya da istinad edib.
Nəticələr göstərib ki, gündə bir avokado yeyən iştirakçıların yemək vərdişləri və ümumi sağlamlıqları yaxşılaşıb. Bundan əlavə, avokado yüksək olein turşusu tərkibinə görə ürək-damar sistemini dəstəkləyir.
Bu meyvə həm də vitaminlər və antioksidantlarla zəngindir. Kardioloq əlavə edib ki, orta hesabla avokadonun tərkibində təxminən 10 qram lif - həzm və maddələr mübadiləsini normallaşdıran bitki lifləri var.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə