ARVI formalarından birinin ölüm nisbəti 10 faizdir…

…Virus tənəffüs yollarına təsir edir və qanaxma, eləcə də anemiyaya da səbəb ola bilər.

SİA-nın məlumatına görə, rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov Rusiya sakinlərinə ARVI (…kəskin respirator virus infeksiyası-A.B.) formalarından birinin ölümcül təhlükəsi barədə xəbərdarlıq edib.

Bu xəbərdarlıq “Rossiya 1” telekanalında yayımlanıb.

Həkim tənəffüs yollarına təsir edən, qanaxma və anemiyaya səbəb ola bilən respirator sinsitial virus (RSV) haqqında danışıb.

RSV xüsusilə iki yaşdan kiçik uşaqlar üçün təhlükəlidir.

…Bu barədə çox az adam bilir,-deyə mütəxəssis vurğulayıb. Yetkinlər arasında ölüm nisbəti 10 faizdir.

Həkim qeyd edib ki, RSV ilə xəstəxanaya daxil olan 100 xəstədən 10-u xəstəxanada qalır və başqa qapılardan çıxır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə