Avtomobillərdə qanunsuz dərman preparatları aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi 2 ədəd "DAF" markalı yük avtomobilləri saxlanılıb.

Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsindən bildirilib.

Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 7200 kapsul və 43 ədəd müxtəlif adda dərman preparatları, 199 ədəd ineksiya üçün iynə, 94 ədəd vakum test borusu aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...