İki avtomobil toqquşdu: ölən var

Tərtər şəhəri ərazisində “VAZ-21074” markalı 2 avtomobil toqquşmuşdur. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 27-də saat 8 radələrində Tərtər şəhəri ərazisində rayon sakinləri Vüsal Quliyevin və S.Etibaroğlunun idarə etdkləri “VAZ-21074” markalı 2 avtomobil toqquşub. Nəticədə V.Quliyevin sərnişini Mətanət Əhmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...