Paytaxtda yol qəzasında iki nəfər ölüb

Paytaxtda yol qəzasında iki nəfər ölüb
Martın 1-i saat 20:30 radələrində Bakı - Mərdəkan şossesi Binə qəsəbəsi ərazisində Suraxanı qəsəbə sakini Ziyad Yusifov idarə etdiyi "Daewoo" markalı avtomobili ilə Səlyan rayon sakini Mehriban Tağıyevanı və nəvəsi Sevgi Bəşirovanı vurub. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə, M.Tağıyeva hadisə yerində, S.Bəşirova isə xəstəxanada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə