Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvar rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.

SİA-nın Muğan bürosunun məlumatına görə, ötən gün elektrik enerjisinin verilişində yaranan fasilə səbəbindən Biləsuvar şəhərinin və rayonun bir sıra kəndlərinin böyük hissəsi işıqsız qalmışdı.

Qeyd edək ki, hadisə zamanı rayon ərazisində ildırımla müşayiət olunan yağışlı hava şəraiti hökm sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə