NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq

İkitəkərli nəqliyyat vasitələrini idarə etmək heç kimə qaydaları pozmaq, başqalarının həyatını təhlükəyə atmaq və məsuliyyətdən yayınmaq hüququ vermir.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin motosiklet və skuter idarə edənlərə xəbərdarlığında bildirilib.

Eyni zamanda, təəssüflə vurğulanıb ki, paytaxt yollarında, motosiklet və skuter idarə edən bəzi sürücülər elə düşünürlər ki, onlar qaydaları pozmaqla əməllərinə məsuliyyət daşımırlar. Ona görə də belə sürücülər işıqforun qırmızı işığında keçir və yollarda təhlükəli manevrlər edirlər.

“Görünür, bu şəxslər törətdikləri qayda pozuntularının hansı ağır nəticələrə səbəb ola biləcəyini nəzərə almırlar. Bu cür davranışa yol verən sürücülərə müşahidə kameraları tərəfindən qeydə alınmış iki yol-nəqliyyat hadisəsini diqqətlə izləməyi tövsiyə edirik. NİİM olaraq, ikitəkərli nəqliyyat vasitələrini idarə edən şəxsləri qeydə alınan qəzalardan nəticə çıxarmağa və yollarda qaydalara əməl etməyə çağırırıq”, - deyə xəbərdarlıqda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə