Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var

Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var

Zaqatalada minik avtomobili elektrik dirəyinə çırpılıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatalanın Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı sürücü xəsarət alaraq Zaqatala xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə