Sabirabadda bir nəfər Kür çayında batıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə