Şahbuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Naxçıvan-Batabat yolunun Biçənək kəndi ərazisində baş verib. “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı Babək rayon Şəkərabad kənd sakinləri – 2014-cü il təvəllüdlü Fərhad Ceyhun oğlu Vəliyev, 2005-ci il təvəllüdlü Nuray Həsən qızı Həsənova, 2004-cü il təvəllüdlü Surə Zeynal qızı Zeynalova, 2003-cü il təvəllüdlü Nihad Həsən oğlu Həsənov, 2002-ci il təvəllüdlü Fərahim Ceyhun oğlu Vəliyev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB