Metodistlərin işə qəbulu üzrə qeydiyyat başlanıb

Noyabrın 18-dən məktəbəqədər təhsil müəssisələrində vakant olan metodist vəzifəsinə işə qəbul müsahibəsinə qeydiyyat başlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya bildirilib ki, müsahibə zamanı namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaq. Həmçinin namizədlərin effektiv kommunikasiya qurmaq bacarığı, münaqişələrin həlli, innovativlik, metodik dəstək, rəhbərlik və pedaqoji səriştələr üzrə qiymətləndirilməsi həyata keçiriləcək.

Namizədin məktəbəqədər təhsil üzrə ali təhsilli və 10 ildən az olmayaraq pedaqoji təcrübəyə malik olması əsas tələblərdəndir.

Qeyd edək ki, namizədlərin biliklərinin qiymətləndirilməsi Təhsil İnstitutunun hazırladığı "Məktəbəqədər təhsildə metodist vəzifəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi" sənədində qeyd olunan mövzu və istiqamətlərə əsaslanacaq.

Müsahibədə iştirak etmək istəyən namizədlər 29 noyabr saat 11:00-dək qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə