ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılması halı qeydə alınıb.

SİA bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə analoji hadisələrin sayı 38 % azalsa da, xoşagəlməz nəticələr dəyişmir: sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür, qatara ciddi zərər dəyir, maşinist qatarı təcili saxlamalı olur, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır.

Aşkarlanmış faktlarla bağlı Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir faktla bağlı müvafiq araşdırma aparılıb.

"Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, ADY valideynləri uşaqları bu barədə mütəmadi maarifləndirməyə çağırır. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə