Azərbaycan Çexiya ilə Orta Dəhlizin təşviqini müzakirə edib

Azərbaycan Çexiya ilə Orta Dəhlizin təşviqini müzakirə edib

Azərbaycan və Çexiya arasında Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) təşviqi məsələləri müzakirə edilib.

SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Müzakirələr nazirin Çexiyanın nəqliyyat naziri İvan Bednarik ilə görüşdə baş tutub.

Tərəflər Azərbaycan–Çexiya nəqliyyat əlaqələrinin genişləndirilməsi, avtomobil və hava nəqliyyatı sahələrində əməkdaşlığın inkişafı, beynəlxalq yükdaşımaların artırılması məsələlərini müzakirə edib.

"Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə də Beynəlxalq Nəqliyyat Forumunun fəaliyyəti və Azərbaycanın sədrliyi dövründə əldə olunan nəticələr barədə fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib

Bütün xəbərlər Facebook səhifəmizdə