"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-sentyabr aylarında 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib.
Bu barədə SİA-ya AZAL-dan məlumat verilib.
Bildirilib ki, onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktoru 79 %, punktuallıq göstəricisi isə 81 % təşkil edib. Bakı üzərindən transfer edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29 % artaraq 419 min nəfərə çatıb.
Hesabat dövründə ən intensiv gün 15 avqust olub. Həmin gün rekord sayda - 72 reys həyata keçirilib. Dövrün yekunlarına əsasən, aviaşirkətin müntəzəm marşrut şəbəkəsi 55 istiqaməti əhatə edib.
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə doqquz ay ərzində təxminən 3,2 min reys həyata keçirilib və 650 minə yaxın sərnişinə xidmət göstərilib. Bu marşrut üzrə ən intensiv gün 15 iyun olub və həmin gün 25 reys icra edilib.
Bu ilin 9 ayında AZAL marşrut şəbəkəsinin genişləndirərək Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlara başlayıb. Həmçinin Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlara aviabiletlərin satışı başlayıb.
Hesabat dövründə sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni rəqəmsal həllər də tətbiq olunub. Təyyarə göyərtəsində POS-terminallar vasitəsilə nağdsız ödəniş imkanı yaradılıb. Onlayn ödəniş seçimləri genişləndirilib "Uzum Bank" ilə əməkdaşlıq çərçivəsində "HUMO" və "UZCARD" kartları, həmçinin "Alipay" və "WeChat Pay" ödəniş sistemləri inteqrasiya edilib. Aviabiletlərin hissə-hissə ödənilməsi imkanı da təqdim olunub.
Sərnişinlərə "Stopover" xidmətini onlayn sifariş etmək imkanı yaradılıb, həmçinin "Rental Car" avtomobil icarəsi xidməti istifadəyə verilib. Bununla yanaşı, əlavə baqajın onlayn alınması imkanları genişləndirilib və reyslərin ləğvi kimi hallarda aviabiletlərin onlayn qaytarılması imkanı yaradılıb.
Bu dövr AZAL üçün beynəlxalq nailiyyətlərlə də əlamətdar olub. Aviaşirkət "Skytrax World Airline Awards 2026" çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb, "PAX International Readership Awards 2026" mükafatlarında isə MDB üzrə ən yaxşı uçuşdaxili əyləncə və bağlantı xidmətləri nominasiyasında qalib olub. Aviaşirkətin müsbət iş mühitinin yaradılması istiqamətində fəaliyyəti də "Great Place to Work®" sertifikatı ilə qiymətləndirilib. Bu nailiyyətlər aviaşirkətin xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişin təcrübəsinin təkmilləşdirilməsi və müsbət korporativ iş mühitinin formalaşdırılması istiqamətində səylərini əks etdirir.
AZAL uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və sərnişinlərə təqdim olunan xidmətlərin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.
Xəbər lenti
Azərbaycanda elektroenergetika sahəsində komissiya yaradılıb
İqtisadiyyat 16:01Bakıda yeni uşaq bağçası istifadəyə verilib
Təhsil 14:41Barbra Streisand Trampı sərt tənqid etdi…
Dünya 13:40Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sosial 12:35Paşinyan “topu” erməni xalqına atdı...
Siyasət 12:12Günəş, Ay piramidaları və çəyirtkə qurusu
Mədəniyyət 11:58Növbələrdə itən saatlar - KÖŞƏ
Sosial 11:00Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
İqtisadiyyat 10:45Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Hadisə 10:41Birjalarda neft bahalaşıb
İqtisadiyyat 10:25Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb
Hadisə 10:24Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:22Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür
Mədəniyyət 09:51Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb
Təhsil 09:40Dönər almaq üçün tələsirdi, maşın vurub öldürdü..
Hadisə 03:22Hollivud ulduzu rəsmən milyarder oldu - 7 milyard dolları var!
Şou-Biznes 03:05Qazax sakini Kürdə batıb
Hadisə 02:22Alyona Əliyeva sərgi açılışında iştirak edib
Mədəniyyət 01:0377 yaşlı Sumqayıt - şəhərdə atəşfəşanlıq olub
Sosial 00:23Ulduz müğənni təbilçiyə ərə getdi...
Şou-Biznes 22 Noyabr 23:22Sabah Bakının bu rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ
Sosial 22 Noyabr 23:03"Qarabağ" - "Kəpəz" oyununda azarkeş REKORDU
İdman 22 Noyabr 22:32İtaliyanın xarici işlər naziri Bakıya gəlib
Siyasət 22 Noyabr 22:19Əməlləri ilə ucalan insan...
Maraqlı 22 Noyabr 22:05Rusiya Krım körpüsünün bərpasına başlayır - Kremldən AÇIQLAMA
Dünya 22 Noyabr 22:02Şirkət modelə “Froglet” adını verdi…
Texnologiya 22 Noyabr 21:52"Ukrayna Rusiyanı Volqa boyunca bölə bilər"
Dünya 22 Noyabr 21:27Günün görünüşü...
Dəb 22 Noyabr 21:05Hörmüz boğazında iki neft tankeri dəniz minalarına düşərək partlayıb
Dünya 22 Noyabr 21:00Si Cinpin Putinə kimin məsul olduğunu bildirmişdi...
Siyasət 22 Noyabr 20:49Bir yerdə çoxlu “dahilər” var...
Rəy 22 Noyabr 20:28İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 22 Noyabr 20:17Ürəyi aldada bilməzsiniz: gecə işində işləməyin sağlamlıq riskləri...
Sosial 22 Noyabr 20:05“Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib
İdman 22 Noyabr 19:54Bu gün İranın hakim elitasını kimlər təşkil edir?
Dünya 22 Noyabr 19:49Şəmkirdə 66 yaşlı qadının meyiti evində aşkarlanıb
Hadisə 22 Noyabr 19:33Səs yazısı Pentaqon nümayəndələri tərəfindən yayılıb...
Dünya 22 Noyabr 19:2710 dəqiqə ərzində vurulan üç qol...
İdman 22 Noyabr 19:12Bu, Amerika üçün nə deməkdir?
Dünya 22 Noyabr 19:06Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutulub
Hadisə 22 Noyabr 18:57Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8669
+0,02%
-
GBP
2,2284
+0,00%
-
RUB
2,0809
+0,35%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



