Oktyabrın 12-də Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir.
SİA xəbər verir ki, forumda hər iki ölkənin dövlət və biznes nümayəndələri iştirak edirlər. Tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və biznes əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Forum müzakirələrlə yanaşı, Azərbaycan və Çexiya şirkətlərinin nümayəndələri arasında B2B görüşlərlə davam edir. Görüşlər yeni tərəfdaşlıqların qurulmasına və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB