SOCAR “Azəri-Çıraq-Günəşli”də payını artırıb

SOCAR “Azəri-Çıraq-Günəşli”də payını artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaponiyanın “Itochu” korporasiyasının “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı payını əldə edib.

SİA xəbər verir ki, sövdələşmə hüquqi baxımdan rəsmiləşdirilib, qanunvericiliyin tələbləri və şirkətin daxili prosedurları yerinə yetirilib.

“Itochu”nun AÇG-dəki 3,65 faizlik payının SOCAR-a keçməsindən sonra Azərbaycan şirkətinin layihədəki iştirak payı 35,3 faizə yüksəlib.

Qeyd edək ki, AÇG-də bu ilin ilk üç ayında gündəlik neft hasilatı 325 min barel təşkil edib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə