Ölkədə istehsalın inkişafı üçün hansı addımlar atılmalıdır? - EKSPERT AÇIQLADI
Azərbaycanda istehsal sektorunun inkişafı üçün əlverişli investisiya mühitinin formalaşdırılması və bazar iqtisadiyyatının əsas prinsiplərinin təmin edilməsi vacib amillərdən hesab olunur. Bəs ölkədə istehsalın inkişafı üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı iqtisadçı Əkrəm Həsənov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda istehsal sahəsinin zəif inkişaf etməsinin əsas səbəblərindən biri sahibkarlıq üçün əlverişli investisiya mühitinin tam formalaşmamasıdır:
“İstehsal uzunmüddətli investisiya, böyük maliyyə və davamlı inkişaf tələb edən sahədir. Bu səbəbdən investorlar yalnız bazar iqtisadiyyatının əsas prinsiplərinin qorunduğu, hüquqi təminatın mövcud olduğu ölkələrdə uzunmüddətli sərmayə qoymağa maraq göstərirlər.
Ölkədə mülkiyyət hüquqlarının etibarlı müdafiəsi, müqavilələrin icrası və sağlam rəqabət mühiti ilə bağlı problemlər mövcuddur. Onun sözlərinə görə, hüquqi qeyri-müəyyənlik, məhkəmə qərarlarına inamsızlıq və korrupsiya riskləri investorların istehsal sahəsinə marağını azaldır.
Belə şəraitdə istehsal sektorunda əsasən dövlət və ya dövlətlə əlaqəli qurumlar fəaliyyət göstərir. İnzibati üsullarla sahibkarlığın inkişafı mümkün deyil və iqtisadiyyatın dayanıqlı inkişafı üçün hüquqi təminatın gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması vacibdir. Ekspert qeyd edib ki, inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrdə sahibkarlıq fəaliyyəti qanunla qorunur və biznes subyektlərinin fəaliyyətinə qanunsuz müdaxiləyə yol verilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB