ADY: “SİMA Pay” üztanıma sistemi ilə 9 mindən çox sərnişin dəmir yolundan istifadə edib
Bakı və Sumqayıt dəmiryol vağzallarında, eləcə də Koroğlu nəqliyyat qovşağında quraşdırılmış “SİMA Pay” üztanıma ödəniş sistemi sərnişinlər üçün daha sürətli və rahat keçid imkanı yaradır.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən SİA-ya bildirilib ki, iki aydır istifadədə olan bu rəqəmsal həll ictimai nəqliyyatda ilk dəfə ADY tərəfindən tətbiq edilir. Sistem turniketlərdən keçidi cəmi iki saniyə ərzində həyata keçirməyə imkan verir.
Məlumata görə, “SİMA Pay” üztanıma ödəniş sistemi artıq 9 mindən çox sərnişinin rahat, sürətli və təhlükəsiz şəkildə səfər etməsinə şərait yaradıb.
ADY rəqəmsal həllərin tətbiqi ilə sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB