“Maliyyə intizamının formalaşdırılması üçün ilk növbədə aylıq büdcə tərtib edilməlidir” - EKSPERT DANIŞDI
İmpulsiv xərcləmələrin qarşısını almaq üçün alış-verişə çıxmazdan əvvəl siyahı hazırlamaq, iri məbləğli alış qərarlarını bir müddət təxirə salmaq, endirimlərə emosional deyil, real ehtiyac əsasında yanaşmaq və gündəlik xərclər üçün limit müəyyən etmək faydalıdır. Həmçinin alış-veriş tətbiqlərindən gələn bildirişlərin söndürülməsi, qənaət məqsədlərinin mütəmadi xatırlanması və hər alışın həqiqətən zəruri olub-olmadığının qiymətləndirilməsi daha düşünülmüş və sağlam maliyyə qərarlarının qəbul edilməsinə kömək edir”.İmpulsiv xərcləmələrin qarşısını almaq üçün alış-verişə çıxmazdan əvvəl siyahı hazırlamaq, iri məbləğli alış qərarlarını bir müddət təxirə salmaq, endirimlərə emosional deyil, real ehtiyac əsasında yanaşmaq və gündəlik xərclər üçün limit müəyyən etmək faydalıdır. Həmçinin alış-veriş tətbiqlərindən gələn bildirişlərin söndürülməsi, qənaət məqsədlərinin mütəmadi xatırlanması və hər alışın həqiqətən zəruri olub-olmadığının qiymətləndirilməsi daha düşünülmüş və sağlam maliyyə qərarlarının qəbul edilməsinə kömək edir”.“Bir çox insan maaşını alan kimi qısa müddətdə xərcləyir. Bunun əsas səbəblərindən biri uzun müddət gözlədikdən sonra özünü mükafatlandırmaq istəyidir. Eyni zamanda, əvvəlcədən yığılan borcların ödənilməsi, gündəlik tələbatların qarşılanması, planlaşdırılmamış alış-veriş və maliyyə planının olmaması vəsaitin tez tükənməsinə səbəb olur”. Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, kartla ödənişin rahatlığı və onlayn alış-veriş imkanlarının genişlənməsi də xərcləməni asanlaşdırır və insanlar bəzən nə qədər pul xərclədiklərinin fərqinə varmırlar:
“Davranış iqtisadiyyatı göstərir ki, insanlar maliyyə qərarlarını hər zaman rasional şəkildə vermirlər. Onlar çox vaxt ani həzz və emosional məmnunluq yaradan seçimlərə üstünlük verir, uzunmüddətli faydanı isə ikinci plana keçirirlər. Endirim kampaniyaları, reklamlar, məhdud müddətli təkliflər və sosial təsir kimi amillər insanların ehtiyacları olmadığı halda belə alış-veriş etmələrinə səbəb ola bilər. Bu da göstərir ki, maliyyə qərarlarında emosiyalar və psixoloji amillər mühüm rol oynayır.
Maliyyə intizamının formalaşdırılması üçün ilk növbədə aylıq büdcə tərtib edilməli, gəlir və xərclər mütəmadi qeydiyyata alınmalıdır. Maaş əldə edilən kimi gəlirin müəyyən hissəsinin yığım hesabına köçürülməsi, zəruri və qeyri-zəruri xərclərin fərqləndirilməsi, konkret maliyyə məqsədlərinin müəyyənləşdirilməsi və həmin məqsədlərə uyğun hərəkət edilməsi büdcənin daha səmərəli idarə olunmasına kömək edir. Xərclərin mütəmadi təhlili isə lazımsız ödənişlərin azaldılmasına imkan yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Mən rusların isteriyasından razıyam…
Rəy 19:51Avropa Rusiya qazına “krest” qoyub…
İqtisadiyyat 19:28İtaliyalı nazir Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:32“Tanrım, bizi belə dostlardan qoru”...
Dünya 18:27Allahşükür Paşazadə Moskvada Patriarx Kirillə görüşüb
Siyasət 17:50Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Sosial 17:23Jıva Tünzalə Ağayevanın bəstəsini ifa etdi
Şou-Biznes 17:13Ukraynada mənzil qiymətləri 20%-dən çox artıb
Dünya 16:21Yeni Konstitusiya Ermənistanı dəyişəcəkmi? - RAKURS
Siyasət 16:19Azərbaycanda elektroenergetika sahəsində komissiya yaradılıb
İqtisadiyyat 16:01Nar Oyun Mərkəzində oyna, smartfon qazan!
Texnologiya 15:19Bakıda yeni uşaq bağçası istifadəyə verilib
Təhsil 14:41Barbra Streisand Trampı sərt tənqid etdi…
Dünya 13:40Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sosial 12:35Paşinyan “topu” erməni xalqına atdı...
Siyasət 12:12Günəş, Ay piramidaları və çəyirtkə qurusu
Mədəniyyət 11:58Növbələrdə itən saatlar - KÖŞƏ
Sosial 11:00Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
İqtisadiyyat 10:45Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Hadisə 10:41Birjalarda neft bahalaşıb
İqtisadiyyat 10:25Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb
Hadisə 10:24Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:22Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür
Mədəniyyət 09:51Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb
Təhsil 09:40Dönər almaq üçün tələsirdi, maşın vurub öldürdü..
Hadisə 03:22Hollivud ulduzu rəsmən milyarder oldu - 7 milyard dolları var!
Şou-Biznes 03:05Qazax sakini Kürdə batıb
Hadisə 02:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8669
+0,02%
-
GBP
2,2284
+0,00%
-
RUB
2,0809
+0,35%



