Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 44 %-ə yaxın artırıb

Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 44 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 64,647 milyon ABŞ dolları dəyərində polad idxal edib.

SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 43,9 % çoxdur.

Təkcə iyunda isə Türkiyə Azərbaycana 11,94 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 59,5 % çoxdur.

Türkiyənin 6 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 1,7 % artaraq 8 milyard 384 milyon ABŞ dolları, iyunda isə 22,4 % artaraq 1 milyard 750,276 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox bu məhsulun idxalını Rumıniya 713,126 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7 % az), İtaliya 581,24 milyon ABŞ dolları (+2,3 %) və Böyük Britanya 487,956 milyon ABŞ dolları (+85,4 %) dəyərində həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə