Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb

Bu gün Hanoy şəhərində keçirilmiş Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının I iclası və Azərbaycan-Vyetnam Biznes Forumu çərçivəsində 5 sənəd imzalanıb. Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) SİA-ya verilən məlumata görə, sənədlər iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Birinci sənəd Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) ilə AZPROMO arasında imzalanıb, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verməyi hədəfləyir.

İkinci sənəd Vyetnamın tekstil və geyim sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən olan “Phong Phu” Korporasiyası və Azərbaycana məxsus “GP Cotton Holdings" MMC arasında, üçüncü sənəd Vyetnamın “Tuong Vu Joint” şirkəti ilə Azərbaycanın “Fresh-Meat” şirkəti arasında, dördüncü sənəd Vyetnamın “Anc Group” şirkəti ilə Azərbaycana məxsus “Rahat Market" arasında, beşinci sənəd isə Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında (bərpa olunan enerji sahəsində əməkdaşlığa dair) imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə