Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyulun 14-də ABŞ fond bazarlarında indekslərdə əsasən artım müşahidə edilib. SİA-nın məlumatına görə, Dow Jones indeksi 0,20% artaraq 44 459,65 bəndə, S&P 500 indeksi 0,14% artaraq 6 268,56 bəndə, Nasdaq Composite isə 0,27% artaraq 20 640,33 bəndə yüksəlib. NYSE Composite indeksi 0,16% artaraq 20 581,45 bənd təşkil edib. Kanadanın S&P/TSX Composite indeksi isə 0,65% artaraq 27 198,86 bənd olub.

Avropa fond bazarlarında isə qarışıq tendensiya müşahidə olunub. Euro Stoxx 50 indeksi 0,23% azalaraq 5 370,85 bəndə, Almaniyanın DAX indeksi 0,39% azalaraq 24 160,64 bəndə, Fransanın CAC 40 indeksi isə 0,27% geriləyərək 7 808,17 bəndə enib. Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,64% artaraq 8 998,06 bənd səviyyəsində qərarlaşıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,15% artaraq 1.1681 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə