"Kənd təsərrüfatı risklərə ən çox məruz qalan sahələrdən biridir" - EKSPERT FİKRİ
"Son illər ərzində tütünçülük sektorunda müəyyən inkişaf meylləri müşahidə olunmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, cari ilin ilk dörd və ya beş ayı ərzində sahə üzrə 314 fəaliyyət qeydiyyata alınmışdır: "Müqayisə üçün ötən ilin eyni dövründə (aprel-oktyabr aylarında) cəmi bir fəaliyyət artımı baş vermişdi. Daha əvvəlki dövrə — 2020-ci ilə nəzər yetirdikdə, bu göstəricinin 12,8 fəaliyyət olduğu görünür. Bu rəqəmlər göstərir ki, tutunçuluq sahəsində dinamik artım müşahidə olunur və sektorun inkişaf potensialı artmaqdadır.
Bununla yanaşı, kənd təsərrüfatı sektorunda, xüsusilə riskli sahələrdə siğortanın tətbiqi hələ də zəif inkişaf etmişdir. Halbuki, siğorta sistemləri potensial riskləri azaltdığı təqdirdə, bu sahələrdə davamlı inkişaf üçün əlverişli şərait yaradır. Siğorta fondlarının mövcudluğu bu baxımdan mühüm rol oynayır. Lakin kənd təsərrüfatında mövcud olan yüksək risk səviyyəsinə görə özəl siğorta şirkətləri bu sahəyə investisiya qoymaqda maraq göstərmirlər.
Kənd təsərrüfatı sektoru risklərə ən çox məruz qalan sahələrdən biridir. İqlim dəyişkənliyi, bazar dalğalanmaları və digər təbii-təsərrüfat amilləri kənd təsərrüfatı məhsuldarlığına birbaşa təsir göstərir. Bu səbəbdən, risklərin idarə olunması və təsərrüfat subyektlərinin maliyyə sabitliyinin təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Aqrar Sığorta Fondu yaradılmışdır. Fondun əsas funksiyası risklərin müəyyən qədər dövlət tərəfindən üzərinə götürülməsini təmin etməklə, sahənin davamlı inkişafına töhfə verməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə