“Qlobal problemlər yalnız pandemiya, müharibə yaxud texnoloji dəyişiklər deyil. Eyni zamanda kiçik bir hadisələr, hər hansı siyasətçinin çıxışı, hətta “twitter” adlanan sosial şəbəkələrdə olan qeydlər belə neftin qiymətinin artmasına səbəb olur. Bu kimi hadisələrin hamısına şahid oluruq. Lakin bütün bunlara baxmayaraq bu sahəni tənzimləmək mümkündür. Hətta 1970-ci ildə neft bazarındakı qiymətlər yeddi bacı tərəfindən idarə olunurdu. Bununla yanaşı ABŞ-nin aylıq neft ehtiyatlarının proqnozları indiki zamanda neft qiymətlərinə təsirləri böyükdür. İstənilən məhsul barəsində olan proseslər bu şəkildədir. Lakin neft məhdud və siyasiləşmiş sahə olduğuna görə daha çox kənar təsirlərə məruz qalır. Həmçinin pandemiyalar, qlobal problemlər istisna deyil”. Bu sözləri UNEC- in əlavə təhsil şöbəsinin müdiri Emin Qəribli SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, maliyyə böhranları iqtisadi geriləməyə gətirib çıxarır: “Bu da öz növbəsində istehsal olunan məhsul azalırsa, neftə də təlabat azalır. Nəticə də neftin qiymətinə təsir etmiş olur. Neftin qiymətinə bir çox amillər, hətta mövsümlər belə təsir edə bilir. Bu amillərin sırasında eyni zamanda əhalinin artımı, müxtəlif ölkələrin inkişafı belə yer alır. Hətta ən yaxşı proqnozlara görə, neftin indiki həcmi dünya iqtisadiyyatını 50 il təmin edəcək. Ən mühüm yataqlara nəzər salsaq, əsasən də quru yataqlarından söhbət gedir, yəni bu yataqlar elədə çox deyil. Şift və okeanda olan neftin hasilatından hal-hazırda söhbət gedir. Şift maya dəyəri olduqca aşağı düşüb. ABŞ-də hasil olunan şift neftinə indiki zamanda yeni texnoloji dəyişiklər təsir edir. Buna rəğmən bu zamana qədər neft barəsində 5 ildə hələ də düzgün proqnoiz verən bir şəxs görməmişəm. Bu gün əminliklə deyə bilərəm ki, neftin qiymətini 1 ildə belə proqnozlaşdırmaq mümkün deyil. İqtisadi sahələri uzun müddət ərzində proqnozlaşdırmaq olar. Digər müxtəlif sahələri proqnozlaşdırmaq olar, lakin iqtisadiyyatı və nefti proqnozlaşdırmaq çətin məsələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə