Bitcoin 100 mindən aşağı düşdü

Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin son günlərdə kəskin dəyər itkisi ilə gündəmdədir. SİA xəbər verir ki, bir neçə gün əvvəl 105 min dollar həddini aşan Bitcoin hazırda 93,941.79 dollara qədər enib. Bu, Bitcoin-in qısa müddətdə 10,000 dollardan çox – təxminən %10.5 dəyər itirməsi deməkdir. Son 24 saat ərzində isə qiymət %6.30 azalaraq, kriptovalyuta bazarında panika yaratmağa başlayıb. Bitcoin-in bazar dəyəri hazırda 1.86 trilyon dollar olsa da, son eniş investorları narahat edə bilər.

Qeyd edək ki, kriptovalyutanın ticarət həcmi 95.5 milyard dollara çatıb, bu da böyük satışların olduğunu göstərir. Son günlərdə ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələri ilə bağlı açıqlamaları və böyük investorların satışa keçməsi Bitcoin-in qiymətinə mənfi təsir göstərib. Ancaq ümumi illik göstəricilər hələ də müsbət qalır. Bitcoin ilin əvvəlindən bəri %0.58 dəyər qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə