Yanvarın 10-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Zoluşka” baleti nümayiş olunacaq. SİA-nın məlumatına görə, “Mariya-2” səhnəsində təqdim olunacaq baletdə Şahzadənin partiyasını Azərbaycanın Əməkdar Artisti Timur Əsgərov ifa edəcək. Baletin Mariya Teatrında Aleksey Ratmanskinin xoreoqrafiyasında premyerası 2002-ci ildə olub.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə