Rusiya Türkiyədən tərəvəz idxalını artıracaq

Rusiyanın Qida Təhlükəsizliyi Təşkilatının (Rosselxoznadzor) verdiyi açıqlamada 9 ölkədən tərəvəz idxalının artırılacağı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyədən əlavə pomidor, bibər, balqabaq və badımcan idxal ediləcəyinə diqqət çəkən açıqlamada, "Əvvəlki idxal məhdudiyyətləri aradan qaldırılaraq, müvafiq ölkələrin bütün torpaqlarından tərəvəz idxalının davam etdirilməsinə qərar verildi" ifadə edildi. “Rosselxoznadzor”un açıqladığı siyahıya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistan, eləcə də Türkiyə daxildir. Türkiyə Əkinçilik Palataları Birliyinin (TZOB) sədri Şemsi Bayraktar Rusiyanın Türkiyədən təzə meyvə-tərəvəz idxalını artırmaq istəyinin bazara müsbət təsir edəcəyini bildirib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə