Türkiyəli baş məşqçi Ümit Karan və qardaşı Aykut Karan 50 faiz gəlirlə pul qazanacağına söz verən dostuna 1 milyon 700 min lirə pul borc verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dostu yoxa çıxan kimi Karan da prokurorluqa gedərək ondan şikayət edib.
Ender S. adlı şəxs Doğuş Media qrupu ilə əlaqə saxlayaraq brokerlik işinə başladığını və Karan qardaşlarının sərmayə qoyduqları təqdirdə yüzdə əlli bir qazancla gəlir əldə edə biləcəkləri barədə açıqlama verib. Dostunun sözlərinə inanan Karan qardaşları ümumilikdə 1 milyon 700 min lirə ödəyiblər. Ödənişi etdikdən sonra iki qardaş ətrafdakı digər dostlarının da müxtəlif miqdarda pul yatırdıqlarını öyrəniblər. Aylar keçməsinə baxmayaraq Ender S. sərmayədən qazanc əldə edə bilmədiyini və kapitalın azaldığını söyləyib. Pulu Karan qardaşlarına və digər dostlarına qaytaracağını deyən Ender S. bundan sonra yoxa çıxıb. Aldadıldıqlarını anlayan Karan qardaşları İstanbul Baş Prokurorluğuna müracət edərək cinayət işinin açılmasını istəyiblər.
Prokurorluq, ümumilikdə 7 nəfərin, eyni zamanda məşhur məşqçinin və qardaşının qurban olduğunu təyin edib. Prokurorluq hadisənin hüquqi mübahisə olduğunu bildirərək istintaqı ittiham olunmamaq qərarı ilə yekunlaşdırıb. Karan ittiham olunmamaq qərarından apellyasiya şikayəti verib. İstanbul Cəza Hakimliyi məşhur futbolçunun apellyasiya qərarını qəbul edib. Araşdırma davam edir.
Aytac Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB