İspaniyanın baş naziri Fransa prezidenti ilə görüşdükdən sonra özünü təcrid edib
İspaniyanın baş naziri Pedro Sançez Fransa prezidenti Emanuel Makron ilə görüşdükdən sonra 24 dekabr tarixinə qədər özünü təcrid edəcək.
SİA-nın məlumatına görə, nazirin verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb.
Sançezin iştirak edəcəyi bütün kütləvi tədbirlər ləğv edilib və karantin müddəti bitdikdən sonra daha bir testdən keçəcəyi qeyd olunur.
Xatırladaq ki, daha əvvəl Fransa prezidenti Emanuel Makronun koronavirusa yoluxması barədə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə