İtaliya Hörmüz boğazının minalardan təmizlənməsi üzrə beynəlxalq missiya çərçivəsində dörd gəmi göndərməyə hazırdır. "Reuters"-in məlumatına görə, bunu İtaliya Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi Cuzeppe Berutti Berqotto bildirib. "Plan iki mina əleyhinə gəmi, bir müşayiət gəmisi və bir maddi-texniki təminat gəmisindən ibarət qrupun yerləşdirilməsini nəzərdə tutur", - HDQ-nin qərargah rəisi bildirib.
Berqotto qeyd edib ki, İtaliya həmçinin mina əleyhinə gəmilər göndərən beynəlxalq koalisiyanın bir hissəsidir. Bu koalisiyanın tərkibinə daxil olan Böyük Britaniya, Fransa, Belçika və Niderland minalardan təmizləmə imkanlarına malikdir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB