Keşiş bütpərəstliyi Rusiyanın varlığına təhlükə adlandırıb...

Bu, cinlərin xidmətidir...

Pravoslav inancından sapma və bütpərəstlik təlimlərinin yayılması Rusiyanın təbii sərvətlərinin itirilməsinə səbəb ola bilər.

SİA-nın məlumatına görə, Skopinski və Şatski yepiskopu Pitirim Tvoroqov öz xütbəsində bu xəbərdarlığı edib.

Kilsə nümayəndəsi bəyan edib ki, dövlətin torpağı və təbii sərvətləri “Allahın hədiyyəsi”dir. Bu “hədiyyənin” qorunub saxlanması isə bilavasitə bu torpaqda yaşayan insanların mənəvi rifahından asılıdır.

Keşiş inanır ki, insanlar əmrlərə uyğun yaşamağı və Allaha xidmət etməyi dayandırsalar, Allah bu hədiyyələri götürə bilər.

Tvoroqov əlavə edib ki, müasir cəmiyyət getdikcə daha çox “bütpərəstliyə qərq olur” və bu, onun fikrincə, ölkə üçün əsas mənəvi təhlükədir.

...İndi bizim ölkədə, Rusiyada baş verənlər sırf bütpərəstlikdir. Bu cinlərin xidmətidir. Cinlərə ibadət. Və bu hansı təhlükə yarada bilər? "Təhlükə elə ola bilər ki, dövlətimizin ərazisi tünd dəri kimi kiçilsin...

Bunu da keşiş deyib...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə