...Dağıstandan olan xüsusi hərbi əməliyyatın döyüşçüsü Rəsul Yaxyayev Peterhofda yanan evdən bir ailəni xilas edərək qəhrəmanlıq göstərib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Mash Gor” Telegram kanalı məlumat yayıb.
...Hadisə hərbçi Sankt-Peterburq yaxınlığında məzuniyyətdə olarkən baş verib.
Gecə şəxsi evdən tüstü çıxdığını görüb və heç düşünmədən köməyə qaçıb. Həmin vaxt ev sahibləri yuxuda olub və təhlükədən xəbərsiz olublar.
Yaxyayev həyatını riskə ataraq yanğının içinə girərək bütün sakinləri oyatdı və uşaqları küçəyə çıxarıb.
Onun qətiyyətli hərəkətləri sayəsində heç kim xəsarət almayıb.
Rəsul Yaxyayev müqavilə əsasında xidmət edir və tezliklə yenidən cəbhə bölgəsinə göndəriləcək.
Onun hərəkətləri cəsarət və fədakarlıq nümunəsi oldu, əsl qəhrəmanların hər zaman köməyə hazır olduğunu xatırlatdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə