SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, SHOT Telegram kanalı xəbər verir ki, San-Fransiskoda ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən qeyri-qanuni mühacirləri müəyyən etmək üçün keçirilən reydlərə qarşı etirazçılar Sovet İttifaqının bayraqları ilə küçələrə çıxıblar.
...Nümayişlər zamanı San-Fransiskoda etirazçılar Sovet İttifaqının bayraqları taxmağa başlayıblar, - məlumatda deyilir.
Yayımlanan görüntülərdə oraq və çəkiclə bayrağa bükülmüş bir adam görünür.
Los-Anceles polisinin məlumatına görə, həftəsonu şəhərdə keçirilən etiraz aksiyaları zamanı təxminən 56 nəfər həbs edilib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Los-Ancelesi miqrant işğalından azad etmək” niyyətində olduğunu bəyan etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə