Soçidə qəssab dükanının müdirini öldürən şəxs iki ay müddətinə həbs edilib.
SİA-nın məlumatına görə, bu barədə Lenta.ru-ya Krasnodar diyarı məhkəmələrinin birləşmiş mətbuat xidməti bildirib. …Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (“Qətl”) və 105-ci maddəsinin 30-cu hissəsi (“Öldürməyə cəhd”) ilə iş açılıb.
İstintaqın məlumatına görə, Daqomıs polis şöbəsinə Armavirskaya küçəsində avtomobilin mağazanın pəncərəsinə çırpılması barədə məlumat daxil olub.
Bundan sonra sürücü insanlara bir neçə dəfə atəş açıb və gözdən itib. Onun tapançadan atəş açdığı güman edilir. Mağaza müdiri işləyən 43 yaşlı qadın həyati təhlükəsi olan, 48 yaşlı yerli sakin isə çiyin nahiyəsindən yaralanaraq xəstəxanaya çatdırılıb.
Volkovka kəndində yol polisi əməkdaşları cinayətkarın qaçdığı avtomobili aşkar ediblər.
Maşın yolun kənarında boş dayanıbmış. Ətraf ərazilərə baxış keçirən yol polisi əməkdaşları qaydanı pozan şəxsi aşkar edərək saxlayıb və silahını da götürüblər.
Şübhəlinin 52 yaşlı Soçi şəhər sakini olduğu üzə çıxıb. Məhkəmə müstəntiqin vəsatətini təmin edib və təqsirləndirilən şəxs barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə