Miqrant uşaqları üçün bilet qiymətləri artırılır...

...Rusiya pasportu olmayan miqrantların iki yaşdan on iki yaşadək uşaqları üçün aviabiletlərin qiyməti böyüklər üçün olduğu kimi olacaq.

SİA-nın məlumatına görə, Uzaq Şərqdə yerli və regionlararası reyslərə xidmət göstərən “Xabarovsk Hava Yolları” Rusiya vətəndaşlığı olmayan əcnəbilər üçün uşaq aviabiletlərinin tariflərini dəyişib.

Dəyişiklik federal qaydalara uyğunlaşdırılıb. Yeni qaydalara əsasən, iki yaşdan on iki yaşadək miqrant uşaqlar üçün aviabiletlərin qiyməti böyüklər üçün olduğu kimi olacaq.

İki yaşından kiçik körpələr təyyarədə ayrıca oturacaqla təmin edilmədən yalnız qucaqda daşına bilər.

Rusiya vətəndaşları üçün iki yaşdan on iki yaşa qədər olan uşaqların daşınması şərtləri dəyişməz qalıb: onlar böyüklər üçün biletin yarısı qiymətinə, iki yaşınadək uşaqlar isə pulsuz uça biləcəklər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə