Suriyanın Latakiya əyalətində komendant saatı tətbiq edildi

Suriyanın yeni hakimiyyət orqanları devrilmiş Suriya prezidenti Bəşər Əsədin tərəfdarları olan ələvilərin üsyanı ilə əlaqədar Latakiya əyalətində komendant saatı elan edib. SİA xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, komendant saatı dərhal, cümə günü yerli vaxtla səhər saat 10:00-a qədər tətbiq edilib. Bu arada, Latakiyanın ən böyük şəhərlərində üsyançılarla Suriyada yeni hakimiyyət orqanlarının təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edir. Qeyd edilib ki, Ez-Ziraa rayonunda Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları ilə respublikanın keçid hökumətinin silahlı qüvvələrinin xüsusi təyinatlılarının döyüşçüləri arasında şiddətli atışma olub.

Bütün xəbərlər Facebook səhifəmizdə