Tokayev Putinə zəng edib

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

SİA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Tərəflər ikitərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı bir sıra aktual məsələləri müzakirə ediblər.

Xüsusilə söhbət Putinin 2024-cü ilin noyabrında Qazaxıstana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq ticarət-iqtisadi və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə gedib.

Xatırladaq ki, Putin Tokayevlə bundan əvvəl ötən ilin dekabrında danışıqlar aparmışdı. Liderlər Rusiya-Qazaxıstan əməkdaşlığının gələcək inkişafının aktual məsələləri üzrə daimi təmasda olmağa razılaşıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə