Ukraynada rus çarının abidəsi sökülüb

Ukraynanın Poltava şəhərində Böyük Pyotrun abidəsi sökülüb.

SİA-nın məlumatına görə, bu barədə Poltava Şəhər Şurasının katibi Yekaterina Yamşçikova öz Facebook səhifəsində məlumat verib.

Abidə yerli hakimiyyət orqanları tərəfindən Ukraynada dekommunizasiya siyasəti çərçivəsində götürülüb.

...Bu vandalizm aktı deyil, cəmiyyətin şüurlu və məsuliyyətli hərəkətidir.

Bunu Ukrayna rəsmisi bildirib.

Yamşçikova qeyd edib ki, Rusiya imperatorunun abidəsi “bütün zəruri prosedurlara riayət olunmaqla” götürülüb. Abidə I Pyotrun səfərləri zamanı istirahət etməyi xoşladığı yerdə ucaldılmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə