Moskvanın şərqində inzibati bina yanır...

Moskvanın şərqində beşmərtəbəli inzibati bina yanıb.

SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. …Yanğınsöndürənlər yanğını söndürməyə başlayıblar. Qaz və tüstüdən mühafizə xidmətinin bölmələri yanğının mənbəyini və binada insanların olub-olmamasını aşkar etmək üçün kəşfiyyat işləri aparır, - deyə idarədən bildirilib.

Fövqəladə Hallar Nazirliyindən aydınlıq gətirilib ki, yanğınsöndürənlər hadisə yerinə gələn kimi binanın üçüncü və dördüncü mərtəbələrini qara tüstü bürüyüb.

Yanğına dördüncü mürəkkəblik dərəcəsi təyin edilib.

Yanğın hələ də yayılmaqdadır.

“İzvestiya”ya mənbə bildirib ki, yanan binada 100-ə yaxın adam, o cümlədən 30 uşaq qalıb. Hadisə yerində 60-dan çox yanğınsöndürən və 16 texnika çalışır. Təcili yardım xidmətləri artıq 40 nəfəri xilas edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə