İngiltərədə daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib

İngiltərənin Somerset bölgəsində daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Herminia” qasırğası nəticəsində İngiltərə və Uelsdə 50-dən çox daşqın xəbərdarlığı qüvvədədir. Fırtınanın sürəti cənub-şərqdə saatda 83 milə (təxminən 134 km/saat) çatıb. Ən çox zərər çəkmiş bölgədə yaşayan sakinlər evakuasiya olunub.

İngiltərənin cənubu və Uelsdə külək və yağışla bağlı sarı xəbərdarlıqlar edilib. Bu xəbərdarlıqlar xüsusilə cənub-qərb bölgələrində çərşənbə axşamına qədər uzadılıb.

“British Airways” Londonun Hitrou hava limanında 26 daxili və Avropa reysini ləğv edib.

Səlahiyyətlilər sakinləri ehtiyatlı olmağa və hava şəraiti ilə bağlı yenilikləri izləməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə