...Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvanın Tverskoy rayonunda polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra öz ərizəsi ilə sərbəst buraxılıb.
SİA xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.
...Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Baş İdarəsinə daxil olan məlumata görə, Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvada Tverskoy rayon polisi əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb və yerini tərk etməmək şərtiylə azad edilib.
Bunu Sarkisyan bildirib.
Qeyd edək ki, Karapetyan 2021-ci ildə bir neçə ay Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.
Onun barəsində respublikada bir neçə maddə ilə cinayət işi açılıb.
...Və o, beynəlxalq axtarışa verilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə