"Second Sunday" şahnat turniri start götürüb

Aprel-in 10-da Naxçıvan şəhərində növbəti beynəlxalq “Second Sunday” (İM tournament - beynəlxalq usta normativi) şahmat turniri start götürüb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turnirdə 10 şahmatçı – Talıb Babayev, Pərviz Qasımov, Sadiq Məmmədov, Süleyman Süleymanlı, Ürfan Sevdimalıyev, Uğur İlyaslı (Azərbaycan), Homa Alavi, Reza Mahdavi, Hamidi Amir Mohammad (hamısı İran) və Umut Ata Akbas (Türkiyə) mübarizə aparırlar.

Dairəvi sistemlə keçirilən turnir 9 turdan ibarətdi. Son tur aprelin 16-da keçiriləcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə