“Fənərbaxça” klubu Türkiyə Futbol Federasiyasını (TFF) məhkəməyə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi 2010/2011 mövsümündən sonra yaşananlara bağlı təzminat tələb edib. “Fənərbaxça” federasiyadan 250 milyon TL təzminat ödənilməsini istəyir.
“Fənərbaxça” 2010/2011 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. İstanbul klubu danışılmış oyunlarda iştirakda ittiham olunduğu üçün həmin mövsüm avrokuboklardan kənarlaşdırılmışdı.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB