Uinston Parks: “Oyunda bütün şərait “Neftçi” üçün yaradılmışdı”-AÇIQLAMA
\"Oyunda bütün şərait "Neftçi" üçün yaradılmışdı". Bu sözləri "Neftçi" - "Xəzər Lənkəran" matçı barədə Lənkəran təmsilçisinin hücumçusu Uinston Parks deyib. Siasport.az saytı xəbər verir ki, futbolçu oyundan çox narazı qalıb. Hücumçu çempion olmaq və kuboku qazanmaq üçün çox çalışdıqlarını bildirib. U.Parks matçda hakimin təyin etdiyi penaltinin düzgün olmadığını bildirərək, ədalət təmsilçisindən narazılığını dilə gətirib: "Hakim hər iki komandaya eyni baxmalıdır. Oyunda yalnız "Neftçi" üçün hər cür şərait yaradılmışdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB