"Qəbələ" "İnter"lə oyuna hazırlaşır

"Qəbələ" Topaz Premyer Liqasının XXVIII turunun "İnter"lə ev oyununun hazırlığına start verib. SİA-nın məlumatına görə, ötən turun AZAL-la səfər matçından sonra bir günlük istirahətə buraxılan "qırmızı-qaralar" dünən Qəbələ şəhər stadionunda bir araya gəlib. Günün ikinci yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən komanda sonra toplu çalışmalarla məşq edib. Hazırlığa zədəli Dodo istisna olmaqla, bütün futbolçular qatılıb. Roman Qriqorçukun yetirmələri bu gün oyunöncəsi məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi saat 17:30-da başlayacaq.
Xatırladaq ki, IV dövrənin ilk turunun "Qəbələ" - "İnter" matçı aprelin 3-də keçiriləcək. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək. Oyunu FİFA referisi Rəhim Həsənov idarə edəcək.

XXVIII tur
3 aprel
19:00. "Qəbələ" - "İnter"

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...