"Qarabağ" mövsümə qələbə ilə başladı

"Qarabağ" mövsümə qələbə ilə başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub. SİA xəbər verir ki, turun son oyununda "Qarabağ" komandası "Şamaxı"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 28-ci dəqiqədə "Qarabağ"ın heyətində Renaldo Sefas açıb. Edqar Adilxanov 43-cü dəqiqədə "Şamaxı"nın bərabərlik qolunu vurub. Daha sonra qonaqların heyətində Rikardo Apolinario avtoqol müəllifi olub. Matçda son nöqtəni 85-ci dəqiqədə Aleksey Kaşuk qoyub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qəbələ"ni 1:0, "Sabah" "Kəpəz"i 2:0, "Zirə" "Şəfa"nı 2:0, "Neftçi" isə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" - "İmişli" matçında isə qalib müəyyənləşməyib - 0:0.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə