Azərbaycan Premyer Liqasında ilk tura “Qarabağ”ın oyunu ilə yekun vurulur

Azərbaycan Premyer Liqasında ilk tura “Qarabağ”ın oyunu ilə yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulacaq.

SİA xəbər verir ki, bağlanış oyununda “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qəbələ"ni, 1:0, "Sabah" "Kəpəz"i, “Zirə” “Şəfa”nı 2:0, “Neftçi” “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib, "Araz-Naxçıvan" - "İmişli" matçında isə qalib müəyyənləşməyib - 0:0.

Bütün xəbərlər Facebook səhifəmizdə