Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının son turunda məğlub olub. SİA-nın məlumatına görə, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv IX turda Serbiyaya uduzub - 1:3.
Hesabında 13 xal olan Azərbaycan millisinin yekun sıralamadakı mövqeyi digər görüşlər bitəndən sonra müəyyənləşəcək.
Qadınlardan ibarət seçmə isə sonuncu görüşdə Polşaya yenilib - 1.5:2.5. Komandanın mükafatçılar sırasında yer ala bilməyəcəyi ötən tur dəqiqləşmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə