"Prezident Kuboku-2025” beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq
Bu gün avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025” beynəlxalq turnirinə yekun vurulacaq. SİA-nın məlumatına görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində növbəti mükafatçılar müəyyənləşəcək.
Azərbaycan təmsilçiləri əvvəlki iki gündə 8 medala (3 gümüş, 5 bürünc) sahib çıxıblar.
Qeyd edək ki, turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 200-dən çox avarçəkən qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə